Fərid Qayıbov Tələbə-Gənclər Təşkilatlarının rəhbərləri ilə görüşüb (AZpress.AZ, N.Dilavər, +FOTO=16)

Fərid Qayıbov Tələbə-Gənclər Təşkilatlarının rəhbərləri ilə görüşüb (AZpress.AZ, N.Dilavər, +FOTO=16)

Fərid Qayıbov Tələbə-Gənclər Təşkilatlarının rəhbərləri ilə görüşüb (AZpress.AZ, N.Dilavər, +FOTO=16)

 

Gənclər və idman naziri Fərid Qayıbov iyulun 5-də ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatlarının rəhbərləri ilə görüşüb.

 

Əvvəlcə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli təşkilatın fəaliyyəti haqqında, həyata keçirilmiş və eləcə də icra ediləcək layihələr barədə məlumat verib. Sonra təşkilatın təhsil müəssisələrindəki rəhbərlərinin təklifləri dinlənilib, tələbələrlə işin gücləndirilməsi və qarşıya çıxan məsələlər barədə müzakirələr aparılıb.

 

Gənclərin iştirakçılığı, tələbə həyatı, beynəlxalq təşkilatlarla iş, təlimlər, asudə vaxtın təşkili, gənclər arasında elm və texnologiya istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

 

Görüşdə nazir müavini İndira Hacıyeva və nazirliyin digər məsul əməkdaşları da iştirak ediblər.

#Gənclərİdman #AzərbaycanGəncləri

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]