Gənc vokalçı beynəlxalq müsabiqədə iştirak edəcək -

Gənc vokalçı beynəlxalq müsabiqədə iştirak edəcək

Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi, Prezident təqaüdçüsü Yasin Həsənov cari ilin 15-17 avqust tarixində Ukraynada keçiriləcək "Detskaya Novaya Volna 2012" adlı Gənc Populyar Musiqi İfaçılarının I Beynəlxalq Müsabiqəsinin yarımfinal mərhələsini uğurla keçərək, finala dəvət almışdır.
12 yaşlı Yasin Həsənov artıq bir neçə beynəlxalq müsabiqələrin laureatıdır. O, "Земля под белыми крыльями" adlı Gənc İstedadların VIII Beynəlxalq Festival-Müsabiqəsində (Mozır, Belarus, 2011), Uşaq və Gənclərin XI Beynəlxalq Festival-Müsabiqəsində (Sankt-Peterburq, 2011) Qran-Pri mükafatları ilə, "Золотая пчёлка" XI Beynəlxalq Uşaq Yaradıcılığı Festivalında (Klimoviçi, Belarus, 2011) isə II dərəcəli Diplomla təltif olunmuşdur.
Y.Həsənov 2011-ci ildə Rumıniyanın Oneşt şəhərində keçirilmiş XVI "Tİ AMO" Beynəlxalq Uşaq Pop Musiqisi Festivalında III mükafat və xüsusi diploma, Belarus Respublikasının Vitebsk şəhərində keçirilmiş "Славянский базар" IX Beynəlxalq Uşaq Musiqi Müsabiqəsində isə II dərəcəli diplom, xüsusi kubok və pul mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli Sərəncamı ilə Yasin Həsənovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və o, Prezidentin xüsusi təqaüdünə layiq görülmüşdür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !