Binəqədi Gənclər Evində "Əsas Həyat Bacarıqları 8" layihəsinin açılış mərasimi keçirilib - FOTO

Binəqədi Gənclər Evində "Əsas Həyat Bacarıqları 8" layihəsinin açılış mərasimi keçirilib - FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilən “Əsas Həyat Bacarıqları 8” layihəsinin açılış mərasimi keçirilib.


Açılışda Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova, UNİCEF Azərbaycanın Gənclər və Yeniyetmələrin İnkişafı üzrə şöbə rəhbəri Natiq Umarov,  UNİCEF Azərbaycanın "Əsas Həyat Bacarıqları" layihəsi üzrə konsultantı, psixoloq Aynur Bünyatova, layihənin təlimçiləri Aytən Natiqli, Nərmin İsmayılova, məzun gəncləri Ülvi Quluzadə və Nihat Əliyev iştirak ediblər.


 Açılış nitqi ilə çıxış edən Günel xanım, layihəyə seçilən gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra Natiq Umarov layihənin yeniyetmə və gənclərin həyatındakı təsirindən,  Binəqədi Gənclər Evində illərdir uğurla davam etməsindən danışıb.


Aynur xanım  layihə haqqında ətraflı məlumat verərək, gənclərin 2 ay ərzində  hansı mövzuları öyrənəcəyini, bu şansdan doğru istifadə etməklərini tövsiyə edib.


Məzun gəncimiz Nihat Əliyev, bu layihənin onun həyatındakı təsirini, ona nələr qatdığını vurğulayaraq, gənclərə uğurlar arzu edib.


Daha sonra təlimçilər də öz təəssüratlarını paylaşıb, seçilən gənclərə uğurlar arzu edib, onları  qruplara bölüblər.


Qeyd edək ki, "Əsas Həyat Bacarıqları " layihəsi Binəqədi Gənclər Evində 3 ildən artıqdır davam edir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]