"Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi" mövzusunda Vebinar keçirilib - FOTO

"Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi" mövzusunda Vebinar keçirilib - FOTO

5 iyul 2022-ci il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Spektr Med şirkətinin birgə təşkilatçılığı ilə “Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda Vebinar həyata keçirilib.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev vebinar iştirakçılarını salamlayaraq diaqnozun qoyulmasında və uğurlu müalicə işinin təşkilində laborator nəticələrin doğruluğunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Mərkəzi Gömrük Hospitalının laboratoriyasının ən müasir avadanlıqlarla təchiz olunduğunu vurğulayaraq bu sahədə çalışan mütəxəssislər üçün davamlı olaraq təkmilləşdirici tədbirlərin həyata keçirildiyini qeyd edib. Vebinarın mütəxəssislərarası təcrübə mübadiləsi üçün maraqlı bir platforma olacağına inandığını qeyd edən İ.Əfəndiyev çıxışının sonunda vebinarın işinə uğurlar arzu edib.


Verbinarda eyni zamanda Spektr Med şirkətinin texniki dəstək və təlim şöbəsinin müdiri Sərxan Nəcəfli və satış və marketinq şöbəsinin baş mütəxəssisi Zülfü Bayramlı da çıxış edib. Onlar davamlı və uğurlu əməkdaşlığa görə təşəkkür edərək dinləyiciləri sual-cavab və müzakirələrdə aktiv olmağa səsləyiblər.


Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyevanın moderatorluğu ilə həyata keçirilmiş vebinarda Spektr Med şirkətinin Axın Sitometriyası və Klinik Kimya üzrə Məhsul Meneceri Ramazan Ayaş və Hematologiya və Koaqulyasiya üzrə Məhsul Meneceri Özgen Büyükgöze kliniki laborator müayinələrin yeni nəsil, Yaponiya istehsalı Sysmex sistemləri vasitəsi ilə tədqiqi prinsiplərinə dair məruzə ilə çıxış ediblər, eləcə də dinləyiciləri maraqlandıran sualları cavablandırıblar.


Vebinarda Mərkəzi Gömrük Hospitalının həkimləri, orta tibb personalı və rezidentlər iştirak edib. Daha geniş auditoriyanın maarifləndirilməsi məqsədilə vebinar Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]