Yığmamızın üzvü Orxan Aydın AÇ-nın simvoluk yığmasında -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yığmamızın üzvü Orxan Aydın AÇ-nın simvoluk yığmasında-İNTİQAM təqdim edir (AZpress.AZ)
Maltada basketbolu zəif inkişaf etmiş ölkələr arasında keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi Avropa çempionatından sonra yarışların təşkilat komitəsi həm turnirin simvolik yığmasını tərtib edib, həm da müxtəlif nominasiyal üzrə ən yaxşı oyunçuları seçib. Maraqlıdır ki, AÇ-da 4-cü yeri tutan Azərbaycan yığmasının üzvlərindən Orxan Aydın simvolik komandanın heyətinə cəlb edilib. Yığmamızın forvardı 86 xalla yadda qalıb. Bu AÇ-da 6-cə göstəricidir. O, səbətdən qayıdan toplara (podbor) yiyələnməkdə 3-cü yeri tutub. Orta hesabla hər oyunda 11 podbor edən Orxan hər oyunda isə 17,2 xal toplaya bilib. Qeyd edək ki, yığmamız AÇ-da ikisi qrupda olmaqla 5 oyun keçrib.
Daha bir təmsilçimiz - Cordan Devis isə hər oyunda orta hesabla 19 xal toplamaqla AÇ-da fərdi göstəricisinə gərə 5-ci olub.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




