Botanika İnstitutunun gənc mütəxəssisi Pakistanının Karaçi Universitetində ezamiyyətdə olub +FOTO=7

Botanika İnstitutunun gənc mütəxəssisi Pakistanının Karaçi Universitetində ezamiyyətdə olub +FOTO=7

Botanika İnstitutunun gənc mütəxəssisi Pakistanının Karaçi Universitetində ezamiyyətdə olub 

 

AMEA Botanika İnstitutunun “Mikologiya” laboratoriyasının böyük laborantı Yaqut Yusifova “COMSTECH consortium excellence scholarship” proqramı çərçivəsində Pakistanın Karaçi Universitetinə olan ezamiyyətini başa vurub. Y.Yusifova ezamiyyət müddətində “Ksilotrof dərman əhəmiyyətli göbələklərin tədqiqi” layihəsi üzrə tədqiqatlar aparıb. Karachi Universitetinin Biotransformasiya laboratoriyasında Dr. Atia-tul-Vahabın rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı gənc tədqiqatçı göbələk növlərinin tərkibindəki bioloji fəal maddələri və onların antifungal, antimikrob aktivliyini tədqiq edib, həmçinin Nazik təbəqəli xromatoqrafiya (TLC), Yüksək performanslı maye xromatoqrafiya (HPLC), NMR və Mass xromotoqrafiya metodlarını mənimsəyib.

 

Y.Yusifova ezamiyyət müddətində 2 beynəlxalq simpozium, 1 beynəlxalq konfrans və 1 beynəlxalq seminarda iştirak edib. O, Karaçi Universitetinin təşkilatçılığı ilə keçirilən Təbii Məhsullar Kimyası adlı 15-ci beynəlxalq simpoziuma “Yabanı bitən göbələklərin bioloji aktiv maddələri” mövzusunda poster məruzə ilə qatılıb. Həmçinin İslamabad şəhərində COMSTECH-in təşkilatçılığı ilə keçirilən “Gələcək Dünya üçün Rəqəmsal Texnologiyalar” üzrə beynəlxalq simpoziumun iştirakçısı olub. Khairpur şəhərində Shah Abdul Latif Universitetinin təşkil etdiyi Khairpur beynəlxalq konfransda isə “Yabanı göbələklərin bioloji aktiv maddələrinin TLC ilə ilkin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

 

Y.Yusifova Pakistanın PTV adlı dövlət kanalının “Omar Khalid Butt ilə diplomatik görüşlər” verlişində qonaq qismində iştrak edərək apardığı tədqiqatlar barədə danışıb.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]