Cəbrayıl Hacıyev Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)

Cəbrayıl Hacıyev Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)

Cəbrayıl Hacıyev Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İtaliyanın paytaxtı Romada 20 yaşlı (U-20) güləşçilər arasında keçrilən Avropa çempionatına dünən sərbəst güləşçilərin so 5 çəki dərəcəsində olan mübarizəsi ilə yekun vurulub. Çempionatın son gününü də Azərbaycan yığması üçün uğulu hesab etmək olar. Beləki yarışların son günü döşək üzərinə çıxan 5 təmsilçimizdən biri məğlubedilməzliyini sübut edədər Avropa çempionu, biri isə üçüncü olub. Birinci yeri 74 kq-da mübarizə aparan Cəbrayıl Hacıyev tutub. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, startda yunanıstanlı Georgios Terzidisə (10:0) və ardından Luka Finizioya (11:0) tam üstünlüklə qalib gələn Qadjiyev 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub - 6:2. Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabıyla məğlub edən təmsilçimiz adını finala yazdırıb. Fnalda isə o, moldovalı Georgi Karayla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (11:0) qalib gələn Qadjiyev ötən il Dortmundda keçirilən analoji yarışda əldə etdiyi Avropa çempionu titulunu özündə saxlamaqla 2-ci dəfə Avropa çempionu olub.

 

Son günün bürünc medalını isə Ramik Heybətov (61 kq) qazanıb.

 

Bir gün öncə isə digər iki sərbəst güləşçimiz AÇ-da uğurla çıxış edədrək mükafatçılar sırasında yer alıb. Bunlardan yalnız həlledici finalda büdrəyən Sabir Cəfərov (70 kq) gümüş, Səbuhi Əmiraslanovsa (79 kq) bürünc qazanıb. Bununla da sərbəst güləş üzrə yığmamız Avropa çempionatını bir dəst medalla (1-1-2) başa vurub. Ümumilikdə isə Azərbaycan qatıldığı bu qitə çempionatında 5 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb. Bu medallardan 2 qızıl, 1 gümüş və 2 bürünc klassiklərin, 2 qızıl, 2 bürünc isə qızların payına düşüb.

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]