Akademik Musiqili Teatr 112-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq (AZpress.AZ, Minə Türksoy)

Akademik Musiqili Teatr 112-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq (AZpress.AZ, Minə Türksoy)

Akademik Musiqili Teatr 112-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq (AZpress.AZ, Minə Türksoy)

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümü artıq başa çatmaq üzrədir. Bununla əlaqədar 4 iyul saat 12:00-da Musiqili Teatrda təntənəli mükafatlandırma mərasimi keçiriləcək.

 

2015-ci ildən bəri keçirilən ənənəvi tədbirdə bu dəfə də “Mövsümün sevilən aktyoru”, "Mövsümün sevilən aktrisası”, "Mövsümün perspektivli aktyoru”, "Mövsümün perspektivli aktrisası”, "Mövsümün ən məhsuldar aktyoru”, "Mövsümün ən məhsuldar aktrisası”, "Mövsüm ərzində teatrın dostu”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, "Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsüm ərzində kişi rolunun ən yaxşı ifasına görə”, “Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə”, "Mövsümün ən işgüzar əməkdaşı”, Mövsümün ən cəsarətli qadın obrazının ifasına görə” və başqa nominasiyalar üzrə qaliblər bəlli olacaq. Onlara mükafatlar və hədiyyələr təqdim olunacaq.

 

Mərasimdə həmçinin mövsümün seçilən aktyorlarına Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına "Büllur alma” mükafatı da təqdim ediləcək.

Azpress.AZ,Minə Türksoy

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]