Tibb, sağlamlıq və həyat elmləri mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb +FOTO=8

“Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb +FOTO=8

“Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb 

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimovun adından, həm də öz adımdan hamınızı ürəkdən salamlayaraq, Türkiyə Respublikasının Beynəlxalq Təhsil və Elmi Araşdırmalar Cəmiyyətinin təşkilatçılığı və AMEA-nın Dendrologiya İnstitutunun evsahibliyi ilə keçirilən “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda IV Beynəlxalq elmi praktik konqresin işinə uğurlar arzuladı.

 

“Elm Yer üzündə canlı həyatın davamına və yaşam keyfiyyətinin yüksəldilməsinə, insan cəmiyyətinin tərəqqisinə və rifahının yaxşılaşdırılmasına, beynəlxalq sülh və əməkdaşlığın təmin olunmasına xidmət etməlidir. Bu baxımdan Konqresin istiqamətləri hazırkı dövr üçün olduqca aktualdır”.
Akademik İradə Hüseynova Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həm tibb elmi və səhiyyə sistemi, həm də digər həyat elmləri xeyli inkişaf etmiş, mühüm nailiyyətlər əldə olunduğunu vurğuladı. “Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin tibbə və biotibbə aid elmi istiqamətləri dövrün çağırışlarını və dünyada gedən tendensiyaları əhatə etməklə müəyyənləşdirilmişdir. Bu gün qlobal problemləri həll etmək üçün elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük ehtiyac vardır. Bunsuz ortaq düzgün strategiya qəbul etmək mümkün deyildir. Bu baxımdan konqresin uğurlu olacağına və əhatə etdiyi elm sahələrinə töhfələr verəcəyinə inanıram”.

 

Akademik İradə Hüseynova Çıxışın sonunda konqres iştirakçılarına uğurlar arzladı.
 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]