102 yaşlı bacılar uzunömürlülüyün sirrini açdılar

102 yaşlı bacılar uzunömürlülüyün sirrini açdılar

102 yaşlı bacılar uzunömürlülüyün sirrini açdılar 

 

Böyük Britaniyada əkiz bacılar Edit Damblton və Dorkas Tobin 102 yaşlarını qeyd edərək uzunömürlülüyün sirrini açıblar.

 

Bu barədə Daily Mirror yazır.


Damblton və Tobin 28 iyun 1920-ci ildə 45 dəqiqə fərqlə anadan olublar. Onların birlikdə beş övladı, doqquz nəvəsi və 22 nəticəsi var. Dambltonun 68 yaşlı qızı Kristin Bemand bildirib ki, ailə anası və xalasının ad günlərini qeyd etmək üçün bir yerə toplaşıb. "Bayram sakit və ailəvi oldu: pendirli sendviç yedilər və xatirələrini xatırladılar", - o deyib.

 

Dambltonun dediyinə görə, o və bacısı həmişə təvazökar yaşadıqlarına və sərvət və rahatlıqlarını itirməkdən qorxmadıqları üçün bu yaşa qədər yaşaya biliblər. Onun fikrincə, bu, onları stressdən azad edib. O əlavə edib ki, hələ də həyatdan hər şeyi almağa çalışır və hər anından həzz alır.

 

Tobin etiraf etdi ki, onun sirri fəaliyyətdə eniş-yoxuşlara baxmayaraq, yaşamağa davam etmək bacarığındadır. "Mənim kiçik bir istixanam var, bağçılıq edirəm və bu məni xoşbəxt edir", - o deyib.

 

Bacılar bir-birindən 120 kilometr məsafədə yaşayırlar, lakin məsafə onları ayırmır - Tobin hər çərşənbə axşamı bacısına baş çəkir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]