Teymur Rəcəbovun Dudayla oyunu da sülhə bitib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbovun Dudayla oyunu da sülhə bitib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbovun Dudayla oyunu da sülhə bitib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Madriddə (İspaniya) azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla planetin 8 güclü şahmatçısının iştirakı ilə Dünya Şahmat Tacı uğrunda keçirilən iddiaçılar turniri davam edir. Dairəvi sistem üzrə keçirilməklə 2 dövrədən və 14 turdan ibarət olan turnirdə sayca 11-ci olan növbəti tura da yekun vurulub. Rəcəbov hesabat turunda Polşa şahmatçısı Yan-Kşiştof Dudayla qarşılaşıb. Rəcəbovun ağ fiqurlarla oynadığı görüş 33-cü gedişdə sülh şəraitində başa çatıb. Bununla da Rəcəbov 0,5 xal qazanmaqla aktivindəki xalların sayını 5-ə çatdırıb ki, bu da ona yarış cədvəlində yalnız 5-ci olmaq imkanı verib. Turnirin bitməsinə 3 tur qalır. Hazırda yarış cədvəlinə 8 xalla rusiyalı Yan Nepomniyaşiy liderlik edir. Mütəxəssislərin rəyinə görə, Nepomniyaşini turnirin qalibi olmaq şansı daha çoxdur.

 

Bu gün keçiriləcək 12-ci turda Rəcəbov Dinq Lirenlı üzləşəcək.

 

Turnir cədvəlində vəziyyət: Yan Nepomniyaşiy (Rusiya) - 8 xal, Dinq Liren (Çin) - 6,5, Xikaru Nakamura (ABŞ) - 6, Fabiano Karuana (ABŞ) - 5,5 Rəcəbov - 5, Rixard Rapport (Macarıstan), Yan-Kşiştof Duda (Polşa) - hərəyə 4,5, Əlireza Firuzca (Fransa) - 4.

 

Qeyd: İddiaçılar turnirinin qalibi Dünya Şahnmat Tacı uğrunda hazırki çempion Maqnus Karlsenlə mübarizə aparacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]