Basketbol yığmamız AÇ-nın 14 finalında San-Marino ilə qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Basketbol yığmamız AÇ-nın 14 finalında San-Marino ilə qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Basketbol yığmamız AÇ-nın 14 finalında San-Marino ilə qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Maltada basketbolu zəif inkişaf edən ölkələr arasında keçirilən və Azərbaycan yığmasının da qatıldığı Avropa çempionatı davam edir. 7 konmandanın iki qrupda mübarizəyə başladığı çempionatda artıq qrup mərhələnin oyunları başa çatıb. Bu gün isə 14 mərhələyə start veriləcək. Azərbaycan yığması bu mərhələdə San-Marino komandasıyla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 20:30-da başlanacaq. Cütün qalibi yarımfinala çıxacaq və bu mərhələdə Malta ilə üzləşəcək. Yarımfinal oyunu sabah olacaq.

 

Xatırladaq ki, baş məşqçisi Aleksandr Trifunoviç olan Azərbaycan AÇ-ya Zaur Paşayev, Orxan Aydın, Endar Poladxanlı, Anar Hacıyev, Əkbər Məmmədov, Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Şirzad Şirzadov, Elşad Şirzadov, Cordan Devis, Ulas Can Turqut və Beray Taşerdən ibarət heyətlə qatılıb. Komandanın kapitanı Amil Həmzəyevdir.

 

Bir məqamı da qeyd edək ki, yığmamız yer aldığı B qrupunda əvvəlcə ev sahibi Malraya 71:73, ardından isə Andorraya 69:72 hesabla uduzaraq qrupun sonuncusu olmuşdur.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]