Cüdoçumuz Məmmədəli Mehtiyev dünya reytinqində liderliyini itirib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdoçumuz Məmmədəli Mehtiyev dünya reytinqində liderliyini itirib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdoçumuz Məmmədəli Mehtiyev dünya reytinqində liderliyini itirib -İNTİQAM təqdim edir (AZpress.AZ)


Leyla Əliyevasa 10 pillə irəliləyib

 

Beynəlxalq Cüdo İttifaqı (İJF) Ulan-Batorda (Monqolıstan) keçirilən "Böyük Dəbilqə" turnirindən sonra kişi və qadın cüdoçuların yeni reytinq cədvəlini elan edib. Yeni cədvəldə diqqətçəkən məqamlardan biri və ən əsası 90 kq-da çıxış edən Məmmədəli Mehtiyevin birinci pillədən aşağı düşərək liderliyini itirməsidir. Yeni cədvəldə ikinci pilləyə düşən Mehdiyev liderlik zirvəsini özbəkistanlı Davlat Bobonova təhvil verib. Qeyd edək ki, Monqolıstanda keçirilən və Mehtiyevin qatılmadığı həmin "Böyük Dəbilqə"nin finalında Bobonov Mixail İqolnikovu (İJF) məğlub edərək turnirin qalibi olub. Bu isə ona reytinq cədvəlində birinci pilləyə qalxmaq imkanı verib. Məmmədəliyevdən fərqli olaraq, Hidayət Heydərov (73 kq) sözügedən turnirdə iştirak etməsə də, reytinq cədvəlində yer aldığı 3-cü pillədəki mövqeyini qoruyub. Onunla eyni çəkidə güləşən Rüstəm Orucovsa daha iki pillə geriləməklə 8-ci olub. Yeni cədvəldə digər tatami ustalarımız da mövqelərini itiriblər. 60 kq-da tatamiyə çıxan Kəramət Hüseynov iki pillə geriləməklə 8-ci yerə, həmin çəkidə olan Balabəy Ağayevsə 13-cü olub. 66 kq çəki dərəcəsində Orxan Səfərov əvvəlki kimi 7-ci pillədə qalsa da, yığmanın heyətinə yeni qatılan Cəid Mollai (81 kq) 6-cı pillədən 9-cu yerə yuvarlanıb. 100 kq-da olan cüdoçularımıza gəlincə, Zəlim Kotsayev yenə də 11-ci olsa da, Yelmar Qasımız iki pillə geriləməklə 20-ci yerə düşüb. Ən ağırımız olan Uşanqi Kokuari (+100 kq) 8-ci pillədən 9-a düşüb. Zərif cinsdən olan cüdoçularımıza gəlincə, Monqolıstanda keçirilən "Böyük Dəbilqə"də beşinci olan Leyla Əliyevanın (48 kq) göstəricisi ürəkaçandır. Belə ki, Ulan-Batorda 5-ci yeri tutmaq sayəsində birdən birə 10 pillə irəliləməklə 29-cu yeri tutub. Qadın yığmamızın lideri və Tokio Olimpiadasının bürünc mükafatçısı olan İrina Kindzerskaya (+78 kq)əvvəlki kimi yenə də 16-cıdır.

İNTİQAM Məmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]