AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə Akademiya əməkdaşları üçün qisamüddətli gəzintilər təşkil olunub +FOTO=5

AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə Akademiya əməkdaşları üçün qisamüddətli gəzintilər təşkil olunub +FOTO=5

AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə Akademiya əməkdaşları üçün qisamüddətli gəzintilər təşkil olunub

 

AMEA Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə ilk təşkilatlarda institut əməkdaşlarının asudə vaxtlarını səmərəli qeyd etmələri üçün Azərbaycanın səfalı yerlərinə qısamüddətli gəzintilər təşkil edilib.

 

AMEA Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə institut əməkdaşlarının Lənkəran və Lerik rayonlarına təşkil edilmiş bir günlük gəzintisi zamanı əməkdaşlar Lerik istirahət mərkəzi, Xanbulan gölü, Lerik şəlaləsi, Qala qapıları, Relax istirahət mərkəzinə səfər ediblər.

 

AMEA Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 18-19 iyun 2022-ci tarixlərində institutun 45 nəfər əməkdaşı üçün Astara, Lənkəran, Lerik rayonlarına gəzinti təşkil edilib. İki günlük səfər zamanı müəssisə əməkdaşları üçün turlar həyata keçirilib. Tur çərçivəsində Astara rayonunun Ərçivan qəsəbəsində tarixi abidə kimi qorunan “Yanarbulaq” kompleksinə, Ceyhun İstirahət Mərkəzinə, Lənkəranda Xanbulan gölünə, Hirkan Dövlət Qoruğuna, Lerik rayonunda Meşəbəyi İstirahət Mərkəzinə ekskursiyalar təşkil olunub.

 

Digər bir ilk təşkilat olan Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Təşkilatın dəstəyi ilə iyun ayının 26-da institutun bir qrup əməkdaşı İsmayıllı rayonuna səfər edib. Səfər çərçivəsində əməkdaşlar üçün regionun Lahıc və İvanovka kəndlərinə turlar təşkil olunub. İnstitut əməkdaşları ərazinin adət-ənənələri ilə tanış olub, bölgənin görməli yerləri və tarixi abidələri haqqında ətraflı məlumat əldə ediblər. Tur zamanı, həmçinin əməkdaşlar üçün müxtəlif əyləncəli oyunlar keçirilib.

 

Qeyd olunanlarla yanaşı, Həmkarlar Təşkilatının təşkilatçılığı ilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 60 əməkdaşının İsmayıllı rayonuna, Coğrafiya İnstitutunun 52 əməkdaşının Qəbələyə, Mərkəzi Elmi Kitabxananın 47 əməkdaşının İsmayıllı rayonuna və Əlyazmalar İnstitutunun 34 əməkdaşının isə Qəbələ və İsmayıllı rayonlarına 1 günlük gəzintisi təşkil olunub.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]