"Azərreyl"lə "Murov"un Avrokubokdakı rəqibi müəyyənləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
"Azərreyl"lə "Murov"un Avrokubokdakı rəqibi müəyyənləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Dünən CEV-in (Avropa Voleybol Konfederasiyası) iqamətgahında 20222023-cü illər mövsümündə voleybol klubları arasında keçirilməsi nəzərdə tutulan Avrokubok yarışlarının (Çempionlar Liqası, CEV Kuboku və Çellenc Kuboku) püşkü atılıb. Bununla da ölkəmizi Çağırış kubokunda (Çellenc Kuboku) təmsil edəcək hər iki klubumuzun rəqibi bəlli olub. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, kişilərdən ibarət “Murov” klubu Çağırış kubokuna 1/32 final mərhələsindən başlayacaq. Komandamız Xorvatiyanın “Kitro Varazdin” klubu ilə görüşəcək. Ölkə çempionu ilk sınağına səfərdə çıxacaq. Oyunlar oktyabrın 11-13-də və 18-20-də keçiriləcək.
Çağırış kubokunda qüvvəsini sınayacaq qadınlardan ibarət “Azərreyl” klubu da mübarizəyə eyni mərhələdən - 1/32 finaldan başlayacaq. Təmsilçimiz Slovakiyanın “Slovan” klubu ilə görüşəcək. İk matç 22-24 noyabr aralığında Bakıda, cavab qarşılaşma isə noyabrın 29-dan dekabrın 1-dək Slovakiyada keçiriləcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


