Adil Əliyev: İraq Respublikası Parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Adil Əliyev: İraq Respublikası Parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Adil Əliyev: İraq Respublikası Parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

 

Deputat həmkarlarım İlham Məmmədov və Müşfiq Məmmədli ilə birlikdə ölkəmizdə səfərdə olan İraq Respublikası Parlamentinin Sədr müavini Abdullah Ahmad Şaxvan Talabaninin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin inkişaf səviyyəsidən, əməkdaşlığımızın genişləndirilməsindən hər iki tərəfin mənafeyinə uyğun olmasını qeyd edərək, münasibətlərimizin həm ikitərəfli, həm də Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatlarda uğurla davam etməsindən məmnunluğumuzu ifadə etdim. Ölkələrimiz arasında təşkil edilən diplomatik səfərlərin, Azərbaycan tarixində xüsusi yeri olan 44 günlük Vətən müharibəsi zamanı İraqın tutduğu mövqeyin, ölkəmizə verdiyi dəstəyin yüksək qiymətləndirdiyimizi qeyd etdim. Habelə, parlamentlərarası dostluq qruplarının ölkələrimiz arasında əməkdaşlığın inkişafında xüsusi yeri olmasını vurğuladıq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]