Elnurə Məmmədova Avropa çempionatının finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Elnurə Məmmədova Avropa çempionatının finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Elnurə Məmmədova Avropa çempionatının finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İtaliyanın paytaxtı Romada 20 yaşlı güləşçilər arasında keçirilən Avropa çempionatının 3-cü günü qızlar da mübarizəyə qatılıblar. AGF-dan verilən məlumata görə, üçüncü yarış günündə qızlardan ibarət millimizin 3 üzvü döşək üzərinə çıxıb.

 

Onlardan Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Maraqlıdır ki, həmyerlimiz bu qələbələrin hamısını "tuşe" ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra (Türkiyə) məğlub olan Əsmər iyunun 30-da bürünc medal uğrunda güləşəcək.

 

Daha bir təmsilçimiz - Elnurə Məmmədova (55 kq) isə daha inamla güləşərək çempionatın finalına yüksəlib. Qeyd edək ki, ilk görüşdə italiyalı İmmakolata Daniseni məyus edən (7:0) təmsilçimiz ardından həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri "tuşe" ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış türkiyəli Tuba Demir olacaq.

 

Təəssüflər olsun ki, bu gün mübarizəyə qatılan digər güləşçimiz - Nigar Mizəzadə (68 kq) təsnifat mərhələsində almaniyalı Sofiya Şaefleyə uduzaraq (4:5) mübarizəni erkən dayandırıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]