Masallıda 51 min əhalinin istifadə etdiyi yolun təmiri davam edir (+FOTO=15, +VİDEO)

Masallıda 51 min əhalinin istifadə etdiyi yolun təmiri davam edir (+FOTO=15, +VİDEO)

Masallıda 51 min əhalinin istifadə etdiyi yolun təmiri davam edir 

 

Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.

 

Ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir.

 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

 

Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

 

Hazırda yenidənqurma işləri uzunluğu 9 km olan Hüseynhacılı-Öncəqala hissəsində aparılır. Bu hissədə artıq torpaq işləri və suötürücü boruların quraşdırılması yekunlaşıb.
Belə ki, yolun 7.6 km-lik hissəsində yol geyiminin üst layı, 8.2 km-lik hissəsində isə yol geyiminin alt layı inşa edilib. Müxtəlif ölçülü 13 dəmir və 13 dəmir-beton suötürücü boru tikilib.

 

Hazırda yol əsası hazır olan hissədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Artıq yolun 2.7 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

 

Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də icra olunacaq.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur.

 

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

YOLUNUZ AÇIQ OLSUN...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]