Nihad Məmmədli AÇ-da üçüncü yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Nihad Məmmədli AÇ-da üçüncü yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Nihad Məmmədli AÇ-da üçüncü yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Qurban Qurbanovsa Avropa çempionatının finalındadır

 

İtaliyanın paytaxtı Romada 20 yaşlı (U-20) gənclər arasında güləş üzrə keçirilən Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çempionatın ikinci günündə çəkisi 60, 67, 72, 82 və 97 kq olan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.Artıq güləşçilərimizdən biri Avropanın bürünc medalını qazanmaqla çıxışını bitirib. Söhbət 60 kq-da qurşaq tutan Nihat Məmmədlidən gedir. İlk mərhələdə alman Eugen Şellə heç bir şans verməyən (8:0) Nihad növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl xalçadan məyus yola salıb - 13:5. Təəssüflər olsun ki, güləşçimiz yarımfinalda erməni Suren Ağacanyanla bacarmayıb (1:9) və elə bu səbəbdən də bürünc medal uğrunda güləşməli olub. Görüşünü qələbə ilə bitirən Nihat AÇ-nın üçüncüsü olub.

 

Daha bir təmsilçimiz - Qurban Qurbanov (72 kq) da yarışa inamla başlayıb. Rəqiblərinə göz açmağa imkan verməyən Qurban müvafiq ardıcıllıqla norveçli Marius Dalsbotten (9:0), gürcü Temuri Orconikidze (8:0), isveçrəli David Loher (11:0) və ukraynalı İrfan Mirzoyevə (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada macar Attila Toesmaqiylə üz-üzə gələcək Digər güləışçimiz - Kənan Abdullazadə (67 kq) isə bürünc medal uğrunda güləşəcək.

 

Hələlik yunan-Roma güləşi üzrə yığmamızın aktivində ikisi qızıl, biri bürünc əyarlı olmaqla 3 medal var.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]