Qarabağ Dirçəliş Fondu ilə donor və tərəfdaşların görüşü keçirilib

Qarabağ Dirçəliş Fondu ilə donor və tərəfdaşların görüşü keçirilib

İşğaldan azad edilən ərazilərimizin bərpasına dəstək göstərilməsi, ianələrin cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının, iqtisadi imkanların və çağırışların müzakirə olunması məqsədilə Qarabağ Dirçəliş Fondu ilə donor şirkətləri və Fondun tərəfdaşlarının işgüzar görüşü keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov işğaldan azad olunmuş ərazilərimizdə işgüzar fəallığın artırılması və sərmayə potensialının təşviqi üzrə tədbirlərin önəmini qeyd edib. Nazir Qarabağ ərazisinin dayanıqlı inkişafına töhfə vermək, əhalinin məşğulluğunu və rahat şəraitdə yaşamasını təmin etmək məqsədilə dövlət və özəl qurumlarla tərəfdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev azad edilmiş ərazilərin yüksək rifahlı regiona çevrilməsi prosesində donorlarla sıx əməkdaşlığın, maraqlı tərəflərin görülən işlərə cəlb edilməsinin Fondun fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, görüşün məqsədinin də donor şirkətləri və Fondun tərəfdaşları ilə bu sahədə müzakirələrin aparılması olduğunu bildirib.

Görüşdə özəl sərmayələrin Qarabağın iqtisadi inkişafına cəlb edilməsi ilə layihələrin reallaşdırılması imkanları müzakirə olunub.

Tədbirin sonunda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən bir neçə donora – “Improtex” Şirkətlər Qrupu, “Bona Dea” Beynəlxalq Hospitalı, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “İntegral Telecom” QSC-yə “İanə Sertifikatı” təqdim edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]