BDU-nun tələbələri Qələbənin imza günü adlı fotosərgiyə baxıblar +FOTO=4

BDU-nun tələbələri “Qələbənin imza günü” adlı fotosərgiyə baxıblar +FOTO=4

BDU-nun tələbələri “Qələbənin imza günü” adlı fotosərgiyə baxıblar 

 

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin bir qrup tələbəsi “Space” Televiziyasında Milli Qurtuluş Gününə həsr olunan “Qələbənin imza günü” adlı fotosərgi ilə tanış olublar.
İctimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanan fotorsərgidə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi günləri boyunca şəhid əsgər və zabitlərimizin, qazilərimizin azad edilmiş ərazilərimizdəki binaların divarlarına əks etdirdikləri yazıların, avtoqrafların fotoları nümayiş etdirilir.

 

“Space” Televiziyasının məsul şəxsləri fotosərgi barədə tələbələrə ətraflı məlumat verib, öz qanları ilə qəhrəmanlıq tariximizə imza atan şəhidlərimizin xatirəsinin əbədi yaşayacağını vurğulayıblar. BDU tələbələrinin fotosərgidə iştirakı “Space” Televiziyasında işıqlandırılıb, kanala müsahibə verən tələbələr sərginin onlarda böyük təəssürat, sonsuz qürur hissi yaratdığını bildirib, qalib ölkəmizlə, qüdrətli ordumuzla fəxr etdiklərini ifadə ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]