İNSTİTUT RƏHBƏRİ ÖZBƏKİSTAN MEA-nın PREZİDENTİ İLƏ GÖRÜŞÜB +FOTO=3

İNSTİTUT RƏHBƏRİ ÖZBƏKİSTAN MEA-nın PREZİDENTİ İLƏ GÖRÜŞÜB +FOTO=3

İNSTİTUT RƏHBƏRİ ÖZBƏKİSTAN MEA-nın PREZİDENTİ İLƏ GÖRÜŞÜB

 

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, İnstitutun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Daşkənd şəhərində keçirilən 7-ci Beynəlxalq EMI - Sahibkarlıq və Sosial Elmlər Konqresi çərçivəsində Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik Bexzod Yuldaşev və baş elmi katib Qayrat Baxadirov ilə görüşüb.

 

Tərəflər birgə elmi əməkdaşlıq məsələlərini müzakirə edib, qarşılıqlı fikir mübadiləsi aparıblar. İnstitut rəhbəri Coğrafiya İnstitutu alimlərinin hazırladığı “Türk dünyası coğrafiyası və etnosu” üçcildliyinin türk dünyası və qurumlarının fiziki-coğrafi xüsusiyyətlərinə həsr olunmuş I və türk dünyasının 6 müstəqil dövlətinin, 11 milli qurumunun iqtisadi-coğrafi və sosial vəziyyətindən bəhs edən II cildinin rus variantını Akademiyanın prezidentinə təqdim edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]