Para-atletimiz Məhərrəm Tunis Qran-Prisinin qalibi olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Para-atletimiz Məhərrəm Tunis Qran-Prisinin qalibi olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Tunisdə para-atletika üzrə Qran-Pri keçirilir. Qran-Pridə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin (ARMPK) atletika idman növü üzrə yığma komandasının üzvləri də iştirak edirlər. Yarışların ilk günü idmançılarımızdan Məhərrəm Qasımov (F11) üçün uğurli olub. Belə ki, nüvə itələmə növündə özünü sınayan Qasımov 10.13 metr nəticə göstərərək yarışın qızıl medalına sahib olub. O. bu qələbə sayəsində həm də Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ilk reytinq xallarını qazanıb.
ARMPK-dən verilən məlumata görə, M.Qasımov artıq bir müddətdir paralimpiya idman növləri ilə məşğul olur, daha öncə isə o, pauerliftinq idman növündə öz gücünü sınayıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)