COĞRAFİYAÇI ALİM QIRĞIZISTAN MEA-nın PREZİDENTİ İLƏ GÖRÜŞDƏ İŞTİRAK EDİB +FOTO=3

COĞRAFİYAÇI ALİM QIRĞIZISTAN MEA-nın PREZİDENTİ İLƏ GÖRÜŞDƏ İŞTİRAK EDİB +FOTO=3

COĞRAFİYAÇI ALİM QIRĞIZISTAN MEA-nın PREZİDENTİ İLƏ GÖRÜŞDƏ İŞTİRAK EDİB 

 

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun Bişkek şəhərində keçirilən MDB iştirakçısı olan dövlətlərin alimlərinin IV Forumu çərçivəsində Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti M.S.Cumatayev ilə görüşdə iştirak edib

 

İnstitut rəhbəri Z.Eminov bildirib ki, türkdilli xalqları birləşdirən ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər qarşılıqlı səmərəli fəaliyyət üçün bizə əsas verir. Türkdilli xalqların bir-birini daha yaxından tanıması regional əməkdaşlığı genişləndirir ki, bu da gələcəkdə türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə səbəb olacaq.

 

Baş direktor AMEA-nın Coğrafiya İnstitutunun bu sahədəki fəaliyyətini qeyd edərək İnstitut alimlərinin hazırladıqları “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi haqqında məlumat verib və kitabın rus dilində çap olunmuş 1-ci və 2-ci cildini İnstitut adından Akademiya prezidentinə hədiyyə edib.

 

Hədiyyəyə görə təşəkkürünü bildirən M.Cumatayev türkdilli, eləcə də digər dövlətlərin elmi müəssisələri arasında elmi-mədəni, iqtisadi-siyasi və s. əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini, onların həyata keçirilməsi üçün konkret addımlar atıldığını dilə gətirib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]