Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası AÇ-də üçüncü yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası AÇ-də üçüncü yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası AÇ-də üçüncü yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatının komanda yarışı da başa çatıb. Azərbaycan Cüdo Federasiyasında verilən məlumata görə, komandamız üçüncü yer uğrunda görüşdə Polşa yığması ilə qarşılaşıb. Həmin görüşdə 4:2 hesabı ilə qalib gələn Azərbaycan çempionatın bürünc medalını qazanıb. Avropa çempionatının komanda yarışında 14 ölkə mübarizə aparıb. Reqlamentə görə hər komandanın əsas heyətində 3 oğlan və eyni sayda qız yer alıb. Komandaların hər birinin 2 oğlan və 2 qız ehtiyat cüdoçusu da olub.
Baş məşqçi Rüstəm Alimli, məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə yeniyetmə oğlanlardan ibarət komandaya, məşqçi Elnur İsmayılov isə yeniyetmə qızlardan ibarət komandaya rəhbərlik edib.

 

Əsas heyət:

Qızlar. Aydan Vəliyeva (-48 kq), Fidan Əlizadə (-63 kq) və
Nigar Süleymanova (+63 kq);
Oğlanlar. Nizami İmranov (60 kq), Camal Bağışov (81 kq) və Ramazan Əhmədov (+81 kq).
Ehtiyat heyət: Qızlar. Xumar Qasımzadə (-48 kq) və Vüsalə Hacıyeva (-63 kq),
Oğlanlar, Şahin Oruczadə (-60 kq) və Əli Hacızadə (-81 kq).

İNTİQAM Məmmədov


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]