Əntiqə Rəşid: Şuşadakı Qoç Ət ,yığışdırın o gülünc faizinizi!

Əntiqə Rəşid: “Şuşadakı “Qoç Ət”,yığışdırın o gülünc faizinizi!

Əntiqə Rəşid: “Şuşadakı “Qoç Ət, yığışdırın o gülünc faizinizi!

 

Ötən ilin sonunda, daha dəqiq 27dekabrda, Medianın İnkişafı Agentliyinın təşkilatçılığı ilə bir qrup jurnalist Şuşaya səfər etdi. Qrupda mən də vardım. Dahi şairimiz Mirzə Ələkbər Sabirin təbiricə desək: müxbirəm çünki vəzifəm budur yazı yazım, Gördüyüm nikü bədi eyləyim izhar, yazım... Sevindiyim, qürur duyduğum, həyəcanverici anlarla bərabər, necə deyərlər, xəyal qırıqlığına uğradığım məqamları da qələmə aldım.

Yeri gəlmişkən, əgər bir yazarın qələmindən yalnız mədhiyyə çıxırsa, ya o yazar düzgün əqidəyə malik deyil, ya da ümumilikdə heç yazar deyil. Yazarsansa, jurnalistsənsə, yaxşını dediyin kimi “yamanı” da deməyə cəsarətin olmalıdır. Şuşadan yazdıqlarımın içində həmin o hissəni sizə xatırladıram.


Mənim gördüklərim:

 

” Artıq saat 14 00.. Şuşalıların “”avtovağzal bildikləri iki mərtəbəli iki pilləkanlı binaya gəlirik. Bildiyim qədəri ilə Avtovağzal Köçərli məhəlləsində, Pənah Əli xan küçəsi yerləşib. Amma bura artıq avtovağzal deyi. “Koç Ət” restoranıdır. (Yəqin ki, avtovağzal üçün başqa yer düşünülüb) . Pillkanlarla 2-ci mərtəbəyə qalxırıq. Gəlişimizi bildikləri üçün hazırlıq görülüb. Qapıda belə bir elana da rast gəldim. “Hərbiçilərimizə 20 faiz endirim”. Sevindim. Haqq üçünə deyək ki, süfrəmiz bol idi:Paytaxt salatı, çoban salatı, mərci şorbası, lülə-tikə- toyuq kababı və langet. Limonad və çay...
Kababların dadı ya doğrudan gözəl idi, ya biz acmışdıq. Amma tanınmış tərcüməçi Sevil Gültən iddia etdi ki, hələ ömründə belə yumşaq və dadlı ətdən kabab yeməyib Evdə onun yolunu gözləyən qızı üçün də kabab sifariş etdi.
-Oğlum bir şiş lülə kabab hazırla evə aparacam.
- Xörəkpaylayan: “Başüstə” dedi,
-Oğul bir şişdə neçə lülə olur, şişin biri neçəyədir?
-1 şişdə bir lülə olur, qiymətidə 7 manat. (həmin vaxt 1 kq ətin qiyməti 7-8 manat arasında dəyişirdi)
Sevil xanım razılaşıb alır.
Hesablamağa başlayıram: Əgər bir şiş kabab 7 manatdırsa, onun 20 faizi təxminən 1 manat 40 qəpik edir. Hərbçilərə böyük güzəşt ediblər deyə düşünürəm)))
Naharımızı edib həyətə düşürük”.
Xatırladım ki bu dekabr ayında Şuşa səfərindən olan reportajımdan təəssüratlardı.
Şuşadakı yeganə “KOÇ-ƏT” restoranı...
Biz Şuşada olarkən , oradakılardan eşitdik ki, orada KOÇ-ƏT dən başqa restoran, kafe, yaxud yüngülcə bir yeməkxana fəaliyyət göstərmir. Acından ölsən də mütləq KOÇ-Ətin yeməyinə möhtac olmalısan.
Təsəvvür edin: Şuşada həmin vaxt yalnız “KOÇ-ƏT” restoranı fəaliyyət göstərir və orada tikinti və bərpa işləri ilə bağlı xeyli adam var.Şəhərin mühafizəsini həyata keçirən Azərbaycan ordusunun heyətini və polisləri də nəzərə alsaq xeyli soydaşımızın yeməyə olan tələbatı məhz bu restoranda belə yüksək qiymətlərlə həyata keçirilir..(Üstəlik iaşə, ticarət obyektlərində çörək sexində işləyənləri hələ demirəm)
Yenə də təsəvvür edin, bir insan şəhadət barmaqdan azca böyük olan lüləkababın neçəsini yeməlidir ki, doysun? Adi mərci supunun (bir kasa) bir porsu 3-4 manat arasında dəyişir. Azərbaycan ordusunun heyətinə 20 faiz endirim” yazılmış xəbərdarlıq kağızı isə çox gülün görünür. 7 manatlıq bir şiş lüləkababın 20 faizi 1 manat 40 qəpik edir. O kağızı o qapıya yapışdırıb, nə Şuşanı canları bahasına bizə ərməğan edən şəhidlərin ruhuna sayğısızlıq, nə də qazilərə hörmətsizlik etməyin! Yığışdırın o gülünc faizinizi!

 

Vəfa Şəhlayinin gördükləri

 

Həmkarım Vəfa Şəhlayinin Şuşada yerləşən “Qoç Ət” restoranında Vətən müharibəsi qazilərinə hörmətsizlik edilməsi" xəbəri əslində məni təəccübləndirmədi.
Jurnalistin sosial şəbəkədə paylaşdığı həmin məlumatı təqdim edirik: “Şuşadakı “Qoç Ət”, səviyyəsizliyin bu qədəri olmaz... Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə, bizi qəbul elədilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər, yaxşı, gətirərik. Sonra ofisiant getdi, adminstratorla məsləhətləşib gəldi ki, indi sizə çay verə bilmərik, çünki Bakıdan qonaqlar gəliblər, millət vəkilləri var. Buna görə bizim sadə çay sifarişimiz qəbul olunmadı. Gedib dedim ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir, yuxarıda adamlar var, samovarda su qurtarıb...
Bir ara da guya qazilərə endirim piarı edirdilər. O da boş şey imiş, yalnız Şuşadakı hərbçilərə və xüsusi endirim kartı olanlara aiddir”.
Qeyd edim ki, bu yaxınlarda Bakıda yerləşən KOÇ-ƏT restoranlar şəbəkəsinin bir filialında nahar etdim . Bütün kafe və restoranlarda 2.50 – 3 manata olan sadə lahmacun burada 4 manatdan təklif edilirdi. Deməli, KOÇ-ƏT üçün maraqlı olan odur ki, kim yaxşı pul xərcləyirsə, ona xidmət göstərmək lazımdı. Vəfa xanım da yəqin həmin günü anladı ki, orda nahar edən deputatlarda olan pul qazilərdə yoxdu deyə, qazilərə xidmət də yoxdu.
Xüsusi Qeyd: Cebhe.info-nun əməkdaşı məsələ ilə bağlı “Qoç Ət” restoranı ilə əlaqə saxlayıb.Restorandan sosial şəbəkədə yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirilib:“Dünən sosial şəbəkələrdə haqqımızda yayılan məlumat heç bir halda həqiqəti əks etdirmir. Bu, çirkin şər, böhtan və qarayaxmadan başqa bir şey deyil. Şuşa şəhərindəki restoranımızda sifarişin gecikməsini guya imtina edilməsi kimi qələmə verənlərə ayıb olsun! Xalqın gözü tərəzidir. Azərbaycanın yerli brendi olaraq daim müzəffər Ali Baş Komandan, cənab Prezidentin, şəhid ailələrimizin, qazilərimizin, hərbçilərimizin və xalqımızın yanındayıq və bundan qürur duyuruq!”
Sonda müxbir xatırladıb ki, ötən il də sosial şəbəkədə “Qoç ət”in Şuşa filialında nahar edən hərbçilərimizə 700 manat məbləğində hesab gəlməsi ilə bağlı xəbər yayılmışdı. İddia edilirdi ki, bu səbəbdən restoranın idarəçiləri ilə hərbçilər arasında mübahisə düşüb. Restoranlar şəbəkəsindən isə sözügedən məlumatı təkzib edərək böhtan və təxribat adlandırmışdılar.

 

Əntiqə Rəşid
Adalet.az
23 iyun

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]