İctimai Nəzarət Şurası İlahiyyat İnstitutunda olub

İctimai Nəzarət Şurası İlahiyyat İnstitutunda olub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri yaz semestri yay imtahan sessiyasının gedişatını izləyiblər, eyni zamanda, ali təhsil müəssisəsinin yeni binası ilə tanış olublar.


İctimai Nəzarət Şurasının üzvləri imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri, həmçinin tələbələrin sessiyaya hazırlıqları, sualların tərtibatı, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar.


İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi; institut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili; aşkarlığın və şəffaflığın təmin olunması; əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.


Məlumat üçün bildiririk ki, Şuranın tərkibinə millət vəkili, “Trend” İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev; Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev; təhsil üzrə ekspert, professor Şahlar Əsgərov; təhsil üzrə ekspert Nadir İsrafilov; “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə; İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu; Modern.az saytının rəhbəri Elşad Eyvazlı;  “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva daxildir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]