Fidan Əliazdə Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)

Fidan Əliazdə Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)

Fidan Əliazdə Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Nağıyev, Yusubov və Hacızadəsə AÇ-nın üçüncüsü olub
 

Xorvatiyanın Poreçe şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa çempionatə davam edir. Çempionatın ikinci günü ikisi zərif cins nümayəndəsi olmaqla daha 6 cüdoçumuz tatamiya çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. Onlardan 4-ü öz gücünü ortaya qoymaqla mükafatçılar sırasında yer alıb. Mkafatçılarımı arasında isə ən yaxşı nəticəni Fidan Əlizadə (52 kq) göstərib. O, bütün görüşlərini qələbə ilə bitirərək Avropa çempionu adını qazanıb. Çempionluğa gedən yolda Fidan Xelen Rotenxofferi (Avstriya), Masu Slavinetsi (Sloveniya), Anna Quliteni (Latviya) və macarıstanlı İnes Boqnarı məğlub edib. Digər 3 mükafatçımız isə üçüncü yeri tutmaqla bürünc medal qazanıblar. Bürüncləri 66 kq-da tatamiya çıxan Nicat Nağıyevlə Abil Yusubov və 73 kq çəkidə çıxış edən Amil Hacızadə qazanıb. Bir maraqlı məqamı da qeyd edək ki, Nicatla Abil 14 finalda üzləşiblər. Həmin Azərbaycan dueli Nicatın qələbəsi ilə bitib. Bununla belə hər ikisi AÇ-nın bürünc medalına layiq görülüb.

 

Xatırladaq ki, AÇ-nın birinci günü isə Şahin Orucovla (55 kq) Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq0 gümüş, Məhəmməd Məmişovsa (50 kq) bürünc medal qazanıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]