Lənkəran teatrının truppası 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə sərhədçilər qarşısında Haqqın 44 günü tamaşası ilə çıxış edib –AZpress.AZ, Ağaddin Babayev=FOTO+16

Lənkəran teatrının truppası 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə sərhədçilər qarşısında “Haqqın 44 günü” tamaşası ilə çıxış edib –AZpress.AZ, Ağaddin Babayev=FOTO+16

Lənkəran teatrının truppası 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə sərhədçilər qarşısında “Haqqın 44 günü” tamaşası ilə çıxış edib –AZpress.AZ, Ağaddin Babayev=FOTO+16

 

Lənkəran Dövlət Dram Teatrının truppası Silahlı Qüvvələr Günü münasibətilə rayon ərazisində yerləşən Sərhəd Dəstəsində tamaşa ilə çıxış edib.

 

AZpress.AZ xəbər verir ki, tamaşadan öncə teatrın baş inzibatçısı, YAP teatr ərazi təşkilatının sədri Namiq Ağayev Sərhəd Dəstəsinin əsgər və zabitləri qarşısında çıxış edərək onları 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb.

 

Azərbaycanda ordu quruculuğu prosesindən, xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən bəhs edən natiq bildirib ki, ulu öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.

 

N.Ağayevin sözlərinə görə, prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsində Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib:”Truppamız tərəfindən sizə təqdim olunan tamaşa da məhz 44 gün davam edən Vətən müharibəsi dövrünü əks etdirir”.

 

Tədbirdə digər çıxış edən digər natiqlər də bildiriblər ki bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının təzahürüdür.
Daha sonra Lənkəran teatrının baş rejissoru Anar Sadıqovun qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası nümayiş etdirilib.

Müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan bəhs edən tamaşada Müzəffər Ordumuzün yüksək əhval-ruhiyyəsi ilə 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın cəmi 44 gün müddətində düşmən tapdağından xilas edilməsi təsirli səhnələrlə təsvir olunur.

 

Sərhədçilər tərəfindən sürəkli alqışlarla qarşılanan tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

Əsas rolları gənc aktyorlardan Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimli, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]