Zirə qəsəbəsində 1150 metr uzunluğa malik 3 küçə təmir olunur +VİDEO

Zirə qəsəbəsində 1150 metr uzunluğa malik 3 küçə təmir olunur +VİDEO

Zirə qəsəbəsində 1150 metr uzunluğa malik 3 küçə təmir olunur 

 

Xəzər rayonunun Zirə qəsəbəsinin Yeni sahə, Dəmiryol küçəsi, həmçinin Seyid Əzim ŞirvaniHəsrət Ağamalıoğlu küçələrində təmir işləri icra olunur. Küçələrin ümumi uzunluğu 1 150 metr təşkil edir.

 

Torpaq əsaslı olan küçələr sözsüz ki, sakinlərin gediş-gəlişində problemlər yaradır, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

 

Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının salınması işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.

 

Sonuncu mərhələdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətləri çəkilərək təmir işləri yekunlaşdırılacaq.

 

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri aparılır.

 

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, BuzovnaQala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.


YOLUNUZ AÇIQ OLSUN…

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]