Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri Elşad Şabanovun 70 illik yubileyi keçirildi +FOTO=35

Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri Elşad Şabanovun 70 illik yubileyi keçirildi +FOTO=35

Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri Elşad Şabanovun 70 illik yubileyi keçirildi

 

Nərimanov rayonunda ehtiyatda olan polkovnik, Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri Elşad Şabanovun 70 illik yubileyi keçirilib

 

20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Veteranlar Təşkilatında ehtiyatda olan polkovnik, Qarabağ və Əfqanıstan müharibələri veteranı, Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri Elşad Şabanovun 70 illik yubileyi keçirilib.

 

Tədbirdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Bakı Bizens və Kooperasiya Kollecin şöbə müdiri Tamerlan Əkbərov, Respublika Veteranlar Təşkilatının əməkdaşları və rayonun fəal gəncləri iştirak etmişdir.
Tədbirdə çıxış edən natiqlər ehtiyatda olan polkovnik, Qarabağ və Əfqanıstan müharibələri veteranı, Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri Elşad Şabanovun 70 illik yubileyi münasibəti ilə təbrik etdilər, Elşad müəllimin həm Əfqanıstan, həm də Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirdilər. Qeyd etdilər ki, Elşad müəllimin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif orden və medallarla təltif olunmuşdur.

 

Sonda Müstəqil dövlətçiliyimizin və Vətənə sevgi hisslərinin gənclər arasında təbliğ etdiyinə, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə və 70 illik yubileyi münasibəti ilə ehtiyatda olan polkovnik, Qarabağ və Əfqanıstan müharibələri veteranı,Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri Elşad Şabanov təşkilatçılar tərəfindən fəxri fərmanlar ilə təltif olunmuşdur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]