Yeniyetmə və məktəbli boksçularımız Rumıniya turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yeniyetmə və məktəbli boksçularımız Rumıniya turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yeniyetmə və məktəbli boksçularımız Rumıniya turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

 

Bu gün Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında beynəlxalq turnirə start veriləcək. 6 gün davam edəcək yarışa Azərbaycan komandası da qatılacaq. ABF-dan verilən məlumata görə, ölkəmiz oğlan və qız boksçular arasında keçiriləcək bəlli turnirdə 8 idmançı ilə təmsil olunacaq. Yeniyetmə oğlanların yarışında Faiq Mollayev (48 kq), Tacı Nəsibov (50 kq), Məhəmmədəli Aşırəliyev (54 kq) və Məhəmmədəli Qasımzadə (57 kq) qalib adı uğrunda mübarizə aparacaq. Komandaya məşqçi Ağası Məmmədov rəhbərlik edəcək.

 

Qız boksçuların yarışında isə ölkəmizin idman şərəfini baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) qoruyacaq.

 

İyunun 26-da final döyüşləri keçiriləcək və ertəsi gün komandamız vətənə dönəcək.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]