Bu gün Azərbaycan birinciliyində yarımfinal döyüşləri keçiriləcək -İNTİQAM təqdim edir (AZpress.AZ)

Bu gün Azərbaycan birinciliyində yarımfinal döyüşləri keçiriləcək -İNTİQAM təqdim edir (AZpress.AZ)

Bu gün Azərbaycan birinciliyində yarımfinal döyüşləri keçiriləcək -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan və məktəbli oğlan və qızlar arasında keçirilən boks üzrə Azərbaycan birinciliyində 1/4 final mərhələsinin döyüşləri başa çatıb. ABF-dan verilən məlumata görə, Bakı Boks Mərkəzində baş tutan 44 döyüşün nəticəsinə əsasən yarımfinal yüksələn idmançılar bəlli olub.

 

40 kq, 42 kq, 48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq, 63 kq, 90 kq və 90 kq çəki dərəcələrində qələbə qazanan oğlan boksçular mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Bir gün öncə isə 44 kq, 46 kq, 66 kq, 70 kq və 75 kq çəki dərəcələrində də 1/2 finalçılar müəyyənləşib. İlk dəfə keçirilən bu yarışda oğlanlar 16, qızlarsa 13 çəki dərəcəsində döyüşürlər.Birincilikdə yarımfinal döyüşləri bu gün - iyunun 21-də olacaq. Görüşlər saat 13:00-da başlanacaq.

 

Qeyd edək ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın heyətində 369 boksçusu qatılıb. Birinciliyə iyunun 22-də baş tutacaq final döyüşləri ilə yekun vurulacaq.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]