Yevlax rayon tam orta məktəbin kollektivi qazi Həsən Həsənovun toy mərasimində iştirak edib

Yevlax rayon tam orta məktəbin kollektivi qazi Həsən Həsənovun toy mərasimində iştirak edib

17 iyun 2022-ci il tarixdə YAP Yevlax rayon təşkilatının fəalı, şəhid F.Əhmədov adına Salamabad kənd tam orta məktəbin  direktoru Yasin Cavadov və məktəbin müəllim kollektivi Ağdamın  Tağıbəyli kəndinin qəhrəman oğlu, 2-ci Qarabağ müharibəsinin qazisi, Yevlax rayonundan olan şəhid Məmmədov Bəhruz Tahir oğlunun döyüş  yoldaşı Həsən Həsənovun toy mərasimində iştirak etmişdir.


Mərasimdə çıxış edən Yasin Cavadov ilk öncə Qarabağ müharibəsində  qəhrəmanlıq göstərərək şəhid olan  igidlərimizi dərin ehtiram hissi ilə yad edib, müqəddəs Zəfər yolunda sağlamlıqlarını itirmiş qazilərimizə  möhkəm cansağlığı arzuladı. Və xoşbəxt günləri münasibətilə qazi Həsən Həsənova və onun xanımına səmimi təbriklərini çatdırdı.


Daha sonra çıxış edən müəllimlərdən Maqbil Həsənova,Sevinc Əhmədova  qazimiz Həsən Həsənovu ürəkdən təbrik edib,  ona xoş arzularını ifadə etdilər.


Sonda  qazimizin  həyat yoldaşına Yevlax rayonundan olan Vətən müharibəsi şəhidi Məmmədov Bəhruzun bibisi Rəhilə Məmmədovanın və müəllim kollektivinin aldığı qiymətli hədiyələr təqdim edildi.


Həsən Həsənovun valideynləri şən rəqsləri ilə toy mərasiminə xüsusi gözəllik qatan müəllim kollektivinə göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkür hissini ifadə etdilər.


Elimizin şənlik çərçivəsində ənənəvi təntənə ilə qeyd etdiyi toy  adətləri vardır. Hər zaman-istər  qəmli, istərsə də əlamətdar olan şad günlərində Vətənimizin azadlığı uğrunda öz sağlamlıqlarını itirən qazilərimizin yanında olmağı özümüzə borc bildik. Xoşbəxt ol Həsən bəy!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]