30-a yaxın şirkət rəhbəri STP MMC-ni ziyarət edib - FOTO

30-a yaxın şirkət rəhbəri STP MMC-ni ziyarət edib - FOTO

“Caspian Energy Club”a daxil olan müxtəlif şirkətlərdən 30-a yaxın direktor və digər səlahiyyətli şəxslər  17 iyun 2022-ci il tarixində STP Şirkətlər Qrupunu ziyarət edib. Qonaqları  STP MMC-nin Baş icraçı direktoru Ruslan Ağabəyli qəbul edib.


Ziyarət zamanı ilk olaraq, qonaqlara SƏTƏM təlimi keçirilib. Daha sonra onlar şirkətlər qrupuna daxil olan. “STP Global Cable"a məxsus Kabel İstehsalı Sahəsi, Elektrik Avadanlıqlarının  İstehsalı sahəsi və qrupa daxil olan digər şirkət, “SOCAR-STP”nin Təzyiq Çənlərinin İstehsalı sahəsi ilə tanış olub, istehsal prosesi barədə ətraflı məlumat alıblar.  


Qonaqlar istehsal prosesi ilə tanış olduqdan sonra onlara təqdimat keçirilib. Təqdimatda “STP MMC”nin direktoru Ruslan Ağabəyli STP MMC və ona daxil olan şirkətlər haqqında ümumi məlumat verib. Görüş zamanı potensial əməkdaşlıq barədə  müzakirələr aparılıb. Qonaqlar xüsusilə kənd təsərrüfatı, IT və xammal təchizatı istiqamətində əməkdaşlığa maraq göstəriblər.


Müzakirələrdən sonra ziyarətin təşkilatçısı olan “Caspian Energy Club” klubun fəaliyyətinə göstərdiyi dəstək üçün STP MMC-ni təşəkkürnamə ilə təltif edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]