Ombudsman Səbinə Əliyeva Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbirdə çıxış edib (AZpress.AZ, İ.Rüstəm, +FOTO=6)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva 20 İyun – Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar təşkil edilmiş fotosərgidə iştirak edib. Ombudsman tədbirin açılışında çıxış edərək, dünyada müxtəlif səbəblərdən yaşadığı yerdən didərgin düşmüş insanların sayında son zamanlar böyük bir artım müşahidə olunmasının ciddi narahatlıq doğurduğunu bildirib. Cari ildə həmin insanların sayının 100 milyonu ötdüyünü qeys edən S.Əliyeva bu vəziyyətin qarşısının alınması məqsədilə dünya ictimaiyyəti, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qəti mövqe sərgilənməsinin, dayanıqlı həll yolu seçilməsinin və yerdəyişməyə məcbur edilmiş insanlara zəruri dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]