Gənc və yeniyetmə tennisçilərimizin AÇ-ya hazırılıq prosesi davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc və yeniyetmə tennisçilərimizin AÇ-ya hazırılıq prosesi davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc və yeniyetmə tennisçilərimizin AÇ-ya hazırılıq prosesi davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yeniyetmə və gənc stolüstü tennisçiləri qarşıda ciddi sınaq gözləyir. Seçmə komanda iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Artıq çempionatın püşkü atılıb və komandalarımızın qrup rəqibləri də bəlli olub. Oqlanlardan ibarət U-15 komandamız yer aldığı E qrupunda Avstriya və Sloveniya yığması ilə mübarizə aparacaq. Qızlardan ibarət analoji yığmamız isə H qrupunda İsveç və Bosniya-Hersoqovinya qarı oynayacaq.

 

Azərbaycan Stolüstü Tenis Federasiyasından verilən məlumata görə, bu mötəbər yarışa hazırlıq məqsədi ilə tenisçilərimizin növbəti təlim-məşq toplanışı Xaçmaz Olimpiya Kompleksində təşkil olunub. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə iyunun 16-dan 26-dək keçiriləcək hazırlıq prosesinə qızlardan Ləman Abdulhəmidova, Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, oğlanlardansa Hacımurad Məmmədbəyov, Toğrul Məhəmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə cəlb edilib.Bu, Avropa çempionatına hazırlıq məqsədi ilə təşkil olunan 3-cü təlim-məşq toplanışıdır. Yeniyetmə və gənc stolüstü tennisçilər bundan əvvəl Qax Olimpiya İdman Kompleksi və Türkiyənin Yalova şəhərində keçirilən hazırlıq prosesində də bir araya gəlmişdilər.

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]