Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsində aparılan təmir işləri yekunlaşıb (+FOTO=9, +VİDEO)

Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsində aparılan təmir işləri yekunlaşıb (+FOTO=9, +VİDEO)

Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsində aparılan təmir işləri yekunlaşıb (+FOTO=9, +VİDEO)

 

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.

 

“İnvestisiya Proqramı”na əsasən, Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsində aparılan təmir işləri yekunlaşıb. Küçənin uzunluğu 476 metr, eni ortalama 8.4 metr təşkil edir.

 

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına zəruri yerlərdə yeni səki daşları düzülüb.

 

Küçə boyu 4 min kv.m-ə yaxın əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Daha sonra küçəyə üfüqi nişanlanma xətləri çəkilib.

 

Nərimanov rayonu üzrə təmir işləri hazırda 640 metr uzunluğa malik Əbdüləzəl Dəmirçizadə küçəsində də aparılır. Belə ki, küçədə frezlənməsəki daşlarının düzülməsi işləri görülür.

 

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.

 

Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10.4 km olan küçələr təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]