Nigar Arpadarai: "Güclüyəm, dəyərliyəm, qadınam!" layihəsi davam edir - FOTO

Nigar Arpadarai: "Güclüyəm, dəyərliyəm, qadınam!" layihəsi davam edir - FOTO

Bakı şəhəri Səbail rayonunda “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsi tam gücü ilə davam edir. Yerli icma nümayəndələri tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Səbail rayon icra hakimiyyəti  və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsinin əsas məqsədi məişət zorakılığı ilə bağlı maarifləndirmə, hüquqi məlumatlandırma, özünümüdafiənin yollarını aşılamaq və qadınlarda özgüvəni daha da artırmaqdır.


Bu dəfə layihə çərçivəsində millət vəkili Nigar Arpadarai  30-a yaxın qızlardan ibarət layihə iştirakçılarının görüşünə gəlib. Xanım Arpadarai keçdiyi inkişaf yolundan bəhs edib,  işgüzar həyatda  üzləşilən çətinlikləri dəf etmək, karyera və şəxsi həyatları arasındakı balansı qoruyub saxlamaq barədə gənc xanımları maarrifləndirib.


Həmçinin, iştirakçı qızlar üçün AQUPDK-nın mütəxəssisi psixoloji hazırlıq və Azərbaycan Aikido Federasiyasının təlimçisi isə özünümüdafiə təlimi keçib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]