Polis özünü güllələdi

Polis özünü güllələdi

Polis özünü güllələdi 

 

Bakıda polis xidmətdə olarkən xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.

O, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]