Cavadxan Qasımov: Naxçıvan Dövlət Universitetində l Tibbi Forumda:

Cavadxan Qasımov: Naxçıvan Dövlət Universitetində l Tibbi Forumda:

Naxçıvan Dövlət Universitetində l Tibbi Forumda:

 

Tibbi Forumda ölkəmizlə yanaşı, dünyanın 7 ölkəsindən 350, ümumilikdə, 700 dən artıq iştirakçı vardır. Hər bir nümayəndə Naxçıvan Muxtar Respublikasının inkişafını, abadlaşmasını, modernləşmə proseslərinə, elmə və elm adamlarına olan yüksək qayğının xoş təəssüratlarını ifadə etdilər.

Rusiya Cərrahlar Cəmiyyətinin Sədri Yuri Starkov bildirdi ki, Naxçıvan Muxtar Respublikasını həm də tarixi abidələr diyarı olaraq gördülər. Burada elmin çox sahəli inkişafı üçün əsaslı potensial vardır. Bildirdi ki, Naxçıvanda ilk dəfə olmasına baxmayaraq, səmimi, doğma və mehriban münasibətlərə böyük dəyər verirlər. Muxtar Respublikanın timsalında Azərbaycan mətbəxtinin bir-birindən dadlı yeməklərini də ayrıca qeyd etdilər.

İstanbul Tibb fakültəsinin ümumi cərrahiyyə şöbəsinin müəllimi Levent Avtan da l Tibbi Forumun yüksək əhəmiyyətə malik olduğunu qeyd etdi. Qardaş Türk ölkələrinin ortaq elmi araşdırmaları üçün mühüm nəticə olduğunu bildirdi. Qeyd etdi ki, bu, qarşıdakı mərhələlər üçün yeni bir başlanğıc olacaq. Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Ali məktəbləri ilə əməkdaşlıqlarını yaxından izlədiklərini ifadə edən alim, bunu çox zəruri uğur olaraq dəyərləndirdi.

Türkiyə Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avci da Forumun əhəmiyyətini bildirdi. Qeyd etdi ki, Forum nəticəsində qardaş Azərbaycan və ona bağlı olan Naxçıvan Muxtar Respublikasının alimləri ilə ortaq elmi çalışmalar üçün zəmin yarandı.

Alimlər I Tibbi Forum zamanı çox xoş təəssüratlarla öz ölkələrinə qayıdcaqlarını bildirdilər.



***


Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə reallaşan l Tibbi Forum bölmələr üzrə davam erməkdədir. Dörd salon üzrə (A,B,C,D) nəzərdə tutulumuş olan bölmələrdə:

- Laparostopik cərrahiyyə kursu;
- Cərrahiyyə;
- Laparostopik kolorektal cərrahiyyə;
- Ginokologiya;
- İnvaziv endoskopiya;
- Uşaq cərrahiyyəsi;
- Hepatologiya;
- ERCP (ERXP) kursu;
- Modern Tibbi Texnologiyalar;
- Urologiya. Böyrək Transplantasiyası;
- Oftalmologiya;
- Pediatriya l və ll;
- Tələbə Elmi-Tədqiqat İşləri üzrə maraqlı məruzələr dinlənilməkdə və müzakirələr aparılmaqdadır.

Bölmələr üzrə müzakirələr qarşılıqlı sual cavablarla keçirilmişdir


***


Naxçıvan Dövlət Universitetində l Tibbi Forumda iştirak edən qonaqlar bölmə iclaslarından sonra proqram çərçivəsində Xan Sarayını, Mömünə Xatun Türbəsini və Açıq Səma Altında Muzeydə olmuşlar.

Tarixi, milli və mədəni dəyərlərimizin bir parçası olaraq həmin məkanların mühüm əhəmiyyətini qeyd edən universitet könüllülərindən ibarət olan bələdçilər, muxtar respublikamızın tarixiliklə müasirliyin vəhdətindən ibarət olan zənginliklərini təqdim etmişlər.

Gəzintilərdən çox xoş təəssüratlar alan qonaqlar Naxçıvan Muxtar Respublikasını yaxından görməyin məmnunluğunu bildirdilər. Bu sahədə, Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilmiş olan l Tibbi Forumun önəmli olduğunu bir daha qeyd etdilər.


***


Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən l Tibb Forumunun iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzində olmuşlar. Mərkəzin müalicə prosesləri barəsində məlumat verilmişdir ki, burada əsasən 47 otaqda eyni anda 130-a yaxın pasientin müalicəsi üçün rahat şərait yaradılmışdır. Pandemiyadan əvvəl 4700-dən çox pasient Mərkəzdə müalicə olunurdu. Bildirildi ki, buradakı müalicələr əsasən gündüz və gecə olmaqla 2 növbədə nəzərdə tutulmuşdur. Bir qayda olaraq, 2-12 yaşda olan pasientlər üçün gündüz, 12 yaş və üzərində olan pasientlər üçün isə əsasən gecə seansları mümkün olur.

Mərkəzlə tanışlıq zamanı aydın oldu ki, hazırda da pasientlər göstərilən xidmətlərdən məmnundurlar və sağlamlıqları üçün gerçək müalicə nəticələrini görürlər. Məlumat verilmişdir ki, hər bir pasient üçün minimum 10 gün müalicə alınması məqsədəuyğundur. Burada keçmiş İttifaq ölkələrindən pasientlər də qəbul olunmuşdur.

Forum iştirakçıları Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən l Tibbi Forumun istər elmi araşdırmalar, istər mütəxəssislərlə tanışlıq və əməkdaşlıqlar, istərsə də, tibb məqsədli ərazilərin də öyrənilməsi baxımından olduqca əhəmiyyətliliyini qeyd etdilər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]