Cavadxan Qasımov: Bu günlər Naxçıvan Dövlət Universitetinin inkişaf proseslərində yeni kefiyyət mərhələsi başlanır.

Cavadxan Qasımov: Bu günlər Naxçıvan Dövlət Universitetinin inkişaf proseslərində yeni kefiyyət mərhələsi başlanır.

 Bu günlər Naxçıvan Dövlət Universitetinin inkişaf proseslərində yeni kefiyyət mərhələsi başlanır.


18-21 iyun tarixlərində Universitetin ev sahibliyi ilə I Beynəlxalq Tibb Forumu keçirilir. Ardıcıl tədbirlər müstəvisində universitetimizin reallaşdırmış olduğu Forum tədris prosesləri ilə yanaşı, elmi araşdırmaların da diqqət mərkəzində olmasının əyani sübutudur. Forumda dünyanın 7 ölkəsindən 350 tibb elmi üzrə alimin, elma adamının, ancaq ümumilikdə, 700-ə yaxşın mütəxəssisin iştirak edəcəyi Forum, universitetimizin Tibb ixtisası üzrə müəllim və tələbələrinin qarşıdakı dövrlər üzrə fəaliyyətlərində də yeni başlanğıc olacaq.

Forum, mahiyyət etibarı ilə geniş tərkibli, nümayəndəli tədbir yığıncaq mənasını verməkdədir. Müasir müstəqillik illərində ilk olaraq, daha doğrusu, 1 fevral 1996-cı il tarixində xalqımızın Ümummilli Lideri böyük Heydər Əliyev Forumu gənclərlə keçirdi. Böyük Gənclik hərakatının əsasları olan həmin Forum hazırda da dövlətimizin siyasətinə çevrilmişdir.

Təbii olaraq, Naxçıvan Dövlət Universitetində keçirilməkdə olan l Beynəlxalq Tibb Forumunu həmin qayğının, diqqətin, siyasətin məntiqi və gerçək nəticəsidir, ifadəsidir. Bu forum, eyni zamanda, qarşıdakı dövrlər üzrə:

- tibb sahəsində mütəxəssis hazırlığının həyata keçirilməsinə tam əsaslarla hazırlıqlı olmanın;
- tibbyönümlü tədris proseslərində iştirakçı tərəflərlərin, ali təhsil müəssisələrinin və digər mütəxəssislərin ortaq fəaliyyətinin təmin olunmasının;
- müəllim və tələbələrin təcrübə, bilik araşdırma mübadiləsinin sürətlənməsinin və səmərəliliyinin daha da artırılmasının;
- cəmiyyətin daha sağlam həyat tərzinin təmin olunmasında elmi araşdırmaların mahiyyətinin ortaya qoyulmasının;
- ixtisaslaşmanın dolğun təminatında hüdudların, sərhədlərin və məsafələrin maneə obyekti olmamasının;
- tibb sahəsində yeniliklərin daha əlçatan olmasının;
- bütün bu sadalanan amillərin gerçək olmasının hərəkətverici qüvvəsi olaraq Naxçıvan Dövlət Universitetinin rolunun, mövqeyinin, potensialının, perspektivlərinin və hədəflərinin etibarlılığından xəbər verməkdədir.

Beləliklə, Naxçıvan Dövlət Universiteti hərtərəfli dövlət qayğısı ilə milli təhsilimizin bundan sonrakı inkişafında daha böyük uğurlara imza atmaqdadır. Bu sahədə hörmətli Rektorumuz başda olmaqla, bütün pedoqoji kollektivimizi, tələbələri təbrik edir, daha böyük uğurlar arzu edirik. Xeyirli və uğurlu olsun.
Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən l Birinci Tibb Forumunda iştirak etmək üçün ali məktəbimizin qonağı olan Azərbaycan Tibb Universitetinin Rektoru və başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Artıq universitetlərarası əməkdaşlıqlar yeni çağırışlar əsasında inkişaf etməkdədir. Eyni zamanda, beynəlxalq əməkdaşlıqlar fonunda yaranan strateji inkişaf xətti ölkəmizin digər Ali məktəblərinində əhatə etməkdədir. Və proseslərin gedişinə diqqət etdikdə aydın olur ki, burada Naxçıvan Dövlət Universiteti əlaqələndirici rola malik olmaqdadır.

Qarşıdakı mərhələlərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün geniş perspektivlər gətirəcək olan bu görüş mahiyyət etibarı ilə elmi araşdırmalara, tədris sahəsində təcrübə mübadiləsinə, əsərlərin, həmçinin nəzəri biliklərin və təcrübi keyfiyyətlərin ortaq inkişafına əhatəlilik vermiş olacaq.

Görüşlərin təşkilinə, Forumun proqramına diqqət etidkdə aydın olur ki, ölkəmizin və xarici ölkələrdən qatılan tibb üzrə elm adamlarının marağı çox böyükdür. Bir sözlə, Naxçıvan Dövlət Universiteti özünün hazırkı inkişaf xətti ilə regional və beynəlxalq əməkdaşlıqların aparıcı qüvvəsinə çevrilməkdədir. Xeyirli və uğurlu olsun.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]