AKVAREL PERFORMANSI (AZpress.AZ, Mahir Əhmədov, +FOTO=70)

AKVAREL PERFORMANSI (AZpress.AZ, Mahir Əhmədov, +FOTO=70)

AKVAREL PERFORMANSI  (AZpress.AZ, Mahir Əhmədov, +FOTO=70)

 

Şuşa ilinə həsr olunmuş "Akvarel performansı" 18 iyun 2022-ci il saat 10:00-da açıq havada - Xətai Sənət Mərkəzinin önündə baş tutdu.

 

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinın dəstəyi və IWS Azerbaijan (Beynəlxalq Suluboya cəmiyyəti Azərbaycan nümayəndəliyi) və IWS Khatai Art Centerin (Xətai Sənət Mərkəzinin nəzdindəki Akvarel qalereyası) təşkilatçılığı ilə baş tutdu.

 

Akvarel performansında 20-yə yaxın akvarelist rəssam uzun bir vərəq üzərində öz bacarıqlarını ortaya qoyaraq əsərlərində əsasən vətənimizin gözəl və dəyərli guşələri olan Qarabağ və Şuşa mövzularına üstünlük verdilər və zəngin memarlıq nümunələrimizi, heyrətamiz təbiət mənzərələrimizi akvarel texnikası vasitəsi ilə təqdim etdilər.

 

Tədbiri Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xalq Rəssamı Sirus Mirzəzadə, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov müşaət etdilər. Tədbirin ikinci hissəsi çay masası ətrafında baş tutdu.

 

Dəyirmi masada tədbirin əhəmiyyətindən, akvarelin Azərbaycan cəmiyyətində yerindən və gələcək planlardan danışıldı.

 

Tədbir həmin uzun vərəqi əldə tutaraq həmrəylik şəkili çəkdirməklə və sertifikatların təqdim olunması ilə başa çatdı.

 

Tədbirin akvarelist rəssamların birlik və yaradıcılıq rəmzi olacağına inanırıq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]