Bravo hipermarketdə "Plastik butulkanı ekoçantaya dəyiş" aksiyası keçirilib - FOTO

Bravo hipermarketdə "Plastik butulkanı ekoçantaya dəyiş" aksiyası keçirilib - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına start verilib. İlk aksiya bu gün “Bravo” marketlər şəbəkəsi ilə birgə Koroğlu Bravo hipermarketində keçirilib. Aksiya zamanı ümumi tutumu 2622 litr olan plastik butulka yığılıb. Bunu Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.


O, qeyd edib ki, yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.


“Aksiyanın yay mövsümündən başlanılması xüsusi önəm kəsb edir. Çünki bu mövsümdə plastik butulkalardan istifadə artır, nəticədə plastik tullantıların da sayı çoxalır. İstifadə edilmiş plastik butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin təmizliyinin qorunmasına töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk. Qarşıdan gələn aksiyalarda da hamını belə fəal olmağa səsləyirik”.


S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya Sumqayıtda keçiriləcək. Bu barədə elan Nazirliyin saytında və sosial şəbəkələrdə öncədən paylaşılacaq. Növbəti günlərdə aksiya həmçinin regionlarımızda da davam etdiriləcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]