Respublikada barama tədarükü davam edir

Respublikada barama tədarükü davam edir

Respublikada yaş barama tədarükü davam edir. İyunun 14-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 253 ton 932 kiloqram yaş barama təhvil verilib.


Ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 57 ton 322 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (29 ton 597 kq), Balakən (26 ton 578 kq), Bərdə (16 ton 242 kq), Füzuli (11 ton 425 kq), Şəki (10 ton 724 kq), Zaqatala (10 ton 465 kq), Kürdəmir (9 ton 832 kq) və Ağdam (8 ton 31 kq), rayonları öndə gedir.


İyunun 13-də respublika üzrə tədarük məntəqələrinə 21 ton 811 kiloqram yaş barama təhvil verilib.  
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.


Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]