MEDİA Agentliyində Milli Qurtuluş Günü Azərbaycan mediasının yaddaşında mövzusunda tədbir keçirilib

MEDİA Agentliyində “Milli Qurtuluş Günü Azərbaycan mediasının yaddaşında” mövzusunda tədbir keçirilib

MEDİA Agentliyində “Milli Qurtuluş Günü Azərbaycan mediasının yaddaşında” mövzusunda tədbir keçirilib 

 

İyunun 14-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində “Milli Qurtuluş Günü Azərbaycan mediasının yaddaşında” mövzusunda tədbir keçirilmişdir.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirmişdir ki, xalqımızın taleyində böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıyan bu günün memarı olan Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi sayəsində xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi, Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı və 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər memarı Ulu Öndər Heydər Əliyev olan dövlətimizin qüdrətini daha da artırmışdır.

 

Tədbirdə digər çıxış edənlər Ulu Öndərin həmişə jurnalist peşəsinə dərin hörmət bəslədiyini, mətbuat işçiləri ilə yaxın təmasda olduğunu, onların problemləri ilə maraqlandığını və heç bir zaman köməyini əsirgəmədiyini vurğulamış, Ümummilli Lider Heydər Əliyevin nurlu xatirəsinin Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacağını bildirmişlər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]