"Tək bir Yer Kürəsi" hər kəsi bir araya gətirdi - FOTO

"Tək bir Yer Kürəsi" hər kəsi bir araya gətirdi - FOTO

BMT-nin İnkişaf Proqramının Yaşıl İqlim Fondunun maliyyə dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirdiyi “Milli Adaptasiya Planı” layihəsi çərçivəsində Beynəlxalq Ətraf Mühit Gününə həsr edilmiş “Tək bir Yer kürəmiz var” adlı tədbir keçirilib.


Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri, Kənd Təsərrüfatı naziri, Təhsil naziri, BMT-nin Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Çaru Bista, beynəlxalq təşkilatların, səfirliklərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbələr iştirak ediblər.


Qonaqları Vladanka Andreyeva salamlayıb və ətraf mühitin qorunmasına həsr edilmiş tədbirin bu qədər geniş auditoriya, hökumət və qeyri-hökumət nümayəndələrini, gəncləri bir ayara toplamasının mövzunun aktuallığının göstəricisi olduğunu vurğulayıb.


Çıxış edən nazirlər hər biri rəhbərlik etdikləri qurumların ətraf mühitlə bağlı addım və planları barədə məlumat verib, Azərbaycan Hökumətinin qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərilən səylərdən danışıblar. Kənd təsərrüfatı, elm və texnika inkişaf etdikcə, insanın ətraf mühitə təsirinin artığını bildirən rəsmilər bu təsirləri önləmək üçün hansı addımlar atıla biləcəyinə toxunublar. 


BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Çaru Bista təmsil etdiyi qurumun Azərbaycan Hökumətinin iqlim və ətraf mühitlə bağlı fəaliyyətlərinə dəstəyi barədə məlumat verib, çağırışlara və imkanlara birgə hazırlığın vacibliyini qeyd edib. “Son araşdırmalara görə, yaşıl iqtisadiyyat 2030-cu ilə qədər 24 milyon yeni iş yeri yarada bilər.


Ətraf mühitə uyğun yaşıl texnologiyalar genişləndirilsə, hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar birlikdə işləsə, daha çox fayda əldə edilə bilər” – deyən xanım Çaru Bista yeniliklərdən həssas qrupların və qadınların faydalanmasının prioritet olduğunu deyib.


Tədbir gənclər arasında breyn rinqlə davam edib. Qaliblərə mükafatları Rezident Əlaqələndirici Vladanka Andreyeva və  nazir Muxtar Babayev təqdim edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]