Azər Həsrət: Ata şəhid oğlunun puluna göz dikməməlidir

Azər Həsrət: Ata şəhid oğlunun puluna göz dikməməlidir

Azər Həsrət: Ata şəhid oğlunun puluna göz dikməməlidir

 

Belə bir durum var və istərdim ki, cəmiyyətdə buna da çözüm tapaq. Bu gün bir şəhid xanımıyla danışdım. Gənc xanımdır, iki körpə uşağı var. Dövlət qanunla nəzərdə tutulan bütün gərəkli dəstəyi verib, aylıq təmin edib və s. Bu yöndə problem yoxdur. Problem başqa məsələdir ki, onu da çalışacağıq xeyirsevər insanların köməyi ilə həll edək. Xanımla söhbətdə bir məsələni də öyrəndim və doğrusu çox üzüldüm. Xanım şəhid həyat yoldaşı olaraq dövlətin ayırdığı aylığın yalnız yarısını alır. Digər yarısını isə şəhidin atası alır... Əlbəttə, burda qanunsuz heç nə yoxdur. Amma bir ata şəhid oğlunun iki körpə ilə qalmış həyat yoldaşı varkən o pula necə göz dikə bilər axı? Mənə görə, lap elə qədim türk Törəsinə görə, o ata nəinki o pula göz dikməməli, əlavə olaraq şəhid oğlunun əmanətinə də sahib çıxmalıdır. Yəni mən belə bilirəm. Amma o ata nəinki oğlunun əmanətinə sahib çıxmır, üstəlik onlara çatası pulun yarısına da iddia edir və o pulu rahat-rahat alır...

Bunu hara və necə yozum? Heç bir fikrim yoxdur. Şəxsən mən olsaydım nəinki o pula göz dikməz, əksinə, əlimdən gələni edərdim ki, o xanım da, körpələri də heç bir çətinlik çəkməsin. Amma ki, bu ata...
Dostlar, lütfən, Törəmizə uyğun bir dildə siz də fikirlərinizi paylaşın. Əlbəttə, nəzakət çərçivəsində. Bəlkə mən doğru düşünmürəm?

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]