Azərbaycanda ilk Çiyələk festivalı Akif Ağayev (AZpress.AZ)

Azərbaycanda ilk “Çiyələk festivalı” Akif Ağayev (AZpress.AZ)

 Azərbaycanda ilk “Çiyələk festivalı”

 

Mayın 29-da Cəlilabad rayonunda. respublikamızda ilk dəfə olaraq möhtəşəm “Çiyələk festivalı” keçirilib.

Cəlilabad RİH “Azəri Home Chef” komandası və turizmin və milli mətbəxin inkişafına dəstək verən QHT-lərin birgə təşkilatçılığı ilə keçirilən “Çiyələk festivalı”nda Cəlilabad və Masallı Rayon İcra Hakimiyyətinin başçıları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları iştirak ediblər.

Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüblər.

Festivalın açılış mərasimində çıxış edən Cəlilabad RİH başçısı Rafiq Cəlilov tədbir iştirakçılarına çiyələyin istehsalı və qazanılan uğurlar barədə məlumat verib,

Festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş etdirilib, kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun tanınmış restoranları ilə tanışlıq, əyləncə proqramı, müharibə veteranları ilə görüş, aşbazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim olunub.

Qonaqlar sərgi masalarına yaxınlaşaraq çiyələkdən hazırlanan məhsulların, həmçinin milli mətbəximizin bənzərsiz nümunələrinin dadına baxıblar.

Festivalda tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.

Bayram tədbirində çiyələyə həsr olunan şeir və mahnılar səsləndirilib, müsabiqələr keçirilib, musiqi kollektivləri, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, incəsənət, poeziya həvəskarları və idmançılar çıxış ediblər.

Kitab sərgisi, nümayiş etdirilən əl işləri, qədim sənət nümunələri maraqla izlənilib, idmançıların, rəqs və musiqi qruplarının bir-birini əvəz edən çıxışları alqışlarla qarşılanıb.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]