Piton tualetdən çıxaraq gəncin ombasını dişlədi

Piton tualetdən çıxaraq gəncin ombasını dişlədi

Piton tualetdən çıxaraq gəncin ombasını dişlədi

 

Malayziyanın Selayanq şəhərində maraqlı və qorxunc hadisə baş verib.

28 yaşlı Səbri Təzəli tualetdə mobil telefonla oyun oynayan zaman qəfil aşağı ətrafından sancı hiss edib.

Ağrıdan bir anlıq qışqıraraq kənara sıçrayan Səbri gördüklərindən şoka düşüb. Onun ombasını dişləyən tualetdə gizlənmiş ilan olub. Özü də bilmədən cəsarətə gələn gənc ilanı əli ilə tutub kənara atıb və təlaş içində tualetdən qapını sındıraraq çıxıb.

Hadisə yerinə gələn xilasedicilər ilanın zəhərsiz piton olduğunu müəyyən ediblər.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, ona ilkin yardım göstərilib.

Ən maraqlısı isə, Səbri evə gəldikdən sonra qəbul etdiyi qərar olub. İlk işi yeni təmirdən çıxan tualetin rəngini dəyişərək büsbütün ağ rəngə boyayıb. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]